Almaniya həmkarlar ittifaqı bazar ertəsi Berlin hava limanında tətilə çağırır
Verdi həmkarlar ittifaqı Almaniyanın digər hava limanlarında yüzlərlə uçuşun ləğv edilməsindən bir neçə gün sonra aprelin 24-də Berlin-Brandenburq hava limanında işçiləri tətil etməyə etməyə çağırıb. Birlik işçilərin əmək haqqının artırılmasını tələb edir.
SəhərAzəri-nin məlumatına görə, Almaniyada nəqliyyat sektorunda tətillər davam edir.
Almaniyada son aylarda ictimai avtobus şirkətləri və qatar sürücülərinin tətillərindən sonra, ötən cümə axşamı və cümə günləri Düsseldorf, Hamburq Köln/Bonn, Ştutqart, Karlsrue/Baden-Baden hava limanlarında da tətillər keçirilib.
Berlin-Brandenburq hava limanının təhlükəsizlik işçiləri də aprelin 24-də tətil dalğasına qoşulur.
Almaniyanın qüdrətli Verdi həmkarlar ittifaqı Berlin-Brandenburq hava limanında təhlükəsizlik sektorlarında çalışan işçiləri 24 aprel bazar ertəsi tətil etməyə çağırıb.
Birliyin bu çağırışından sonra Berlin-Brandenburq Hava Limanı bazar ertəsi bu hava limanından heç bir təyyarənin qalxmayacağını açıqlayıb.
Hava limanının sözçüsü bildirib ki, sərnişinlərdən yenilənmiş məlumatı əldə etmələri üçün növbəti bir neçə gün ərzində mütəmadi olaraq müvafiq aviaşirkətlərlə əlaqə saxlamaları xahiş olunub.