May 03, 2023 18:11 Asia/Baku
  • Rəisinin səfəri İran-Suriya münasibətlərində yeni səhifədir

Fransanın dövlət xəbər agentliyi prezident Rəisinin Suriyaya səfərini şərh edib.

SəhərAzəri-nin məlumatına görə, Frans-Press Seyid İbrahim Rəisinin Dəməşqə səfəri ilə bağlı xəbərdə bunu İran İslam Respublikası prezidentinin Suriyada vətəndaş müharibəsinin başlamasından sonra ilk səfəri adlandırıb.

Xəbər agentliyi yazıb ki, Suriyada 12 illik vətəndaş müharibəsi zamanı Tehran bu ölkəyə iqtisadi, siyasi və hərbi dəstək verib və itirilmiş əraziləri geri almağa kömək edib. Və hazırda Suriya prezidenti Bəşar Əsədin ölkənin yenidən qurulmasına diqqət yetirməsi ilə İran bu mərhələdə də aparıcı rol oynayır.

Şərhdə qeyd olunur ki, bu səfər İran və Səudiyyə Ərəbistanı arasında tarixi əlaqələrin təzələnməsindən cəmi bir neçə həftə sonra və Yaxın Şərqdə diplomatik olayların qızğın vaxtında və iki ölkə arasında münasibətlərin düzəlməsindən sonra baş tutur.

Frans-Press sonda Rəisinin Dəməşqə səfərinin “uzunmüddətli iqtisadi strategiyalara” yönələcəyini bildirib.

 

 

Teqlər