Amerikalı konqresmen Ağ Evə səsləndi
May 13, 2023 13:45 Asia/Baku
Menendes Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırır
ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Bob Menendez bildirib ki, Azərbaycan prezidenti Dağlıq Qarabağda humanitar böhran yaradıb. Odur ki, Bakıya qarşı sanksiyaların tətbiqinə çağırış edib.
Menendez özünün “Twitter” səhifəsində yazıb: “Bakının Dağlıq Qarabağı blokadaya almasından 150 gün sonra aydındır ki, Əliyev humanitar böhran yaradır və mühüm infrastruktur üçün elektrik enerjisini kəsir”.
O, Laçın dəhlizinin açılması naminə təzyiq göstərmək üçün Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaları masa üzərinə gətirməyi vacib hesab edib