May 19, 2023 14:50 Asia/Baku
  • Baydenin Suriya döyüşündəki ən böyük məğlubiyyəti

Amerikan Nyus-Uik jurnalı Dəməşqin ərəb ölkələri sırasına qayıdışını Vaşinqtonun Suriya döyüşündəki ən böyük məğlubiyyəti adlandırıb və yazıb ki: Bu qayıdışın ən mühüm mesajı, hərbi iştiraka son qoyulması və Amerikanın Suriyaya qarşı sanksiyalarının ləğvi vacibliyidir.

Amerikan Nyus-Uik jurnalı dünən xəbər veribdir ki, ABŞ prezidenti Co Baydenin Suriya qarşısındakı siyasəti indiyədək ən böyük zərbəni alıbdır.

Bu jurnalın reportajı, ərəb liqasına üzv ölkələrin Amerikanın müxalifətinə rəğmən, Suriyanın ərəb qoynuna qayıtması və bu ölkənin prezidenti Bəşşar Əsədin Ərəbistanda olmasını rəğbətlə qarşılamalarından sonra yayılıb.

Əsədin ərəb ölkələri birliyi başçılarının sammitində iştirak edəcək suriyalı nümayəndə heyəti ilə Ciddəyə daxil olması və bir ərəb yığıncağındakı bugünkü iştirakı, 2011-ci ildə başlanmış Suriya müharibəsindən bəri ilk dəfədir ki, baş verir. Amerikalı diplomatlar Nyus-Uik-lə müsahibədə etiraf ediblər ki, Dəməşqin qayıdışının Birləşmiş Ştatlar üçün mühüm bir mesajı var: Hərbi iştiraka son qoyulması və bu ölkəni hədəfləyən sanksiyaların ləğvi.

Suriyanın BMT-dəki nümayəndiliyindən olan mənbələr Nyus-Uik jurnalına deyiblər ki, Suriyanın/ amerikalı hərbçilərin Suriya ərazisinin bəzi hissələrindəki qanunsuz iştirakı və ABŞ-ın Suriya xalqına qarşı tətbiq etdiyi birtərəfli sərt tədbirlər kimi/ iki mövzu barədəki mövqeyi/ BMT nizamnaməsinin hədəfləri, həmçinin beynəlxalq hüquq və prinsiplərin maddələrinə əsasən/ prinsipial və qətiyyətli bir mövqedir.

Suriya nümayəndə heyətinin üzvləri Nyus-Uik-lə müsahibənin davamında ölkələrin suverenliyinə hörmət və ona qarşı güc və təhdiddən istifadə etməmək kimi, BMT-nin təsis edilməsi sənədinə işarə ediblər. Vurğulayıblar ki, bu qanuni sənəd/ təcavüz və işğal cinayətlərini/ beynəlxalq qanunların pozulması üzrə ən yeni hal kimi rədd edir.

Dünən gecə informasiya mənbələri xəbər verdilər ki, Suriya prezidentini daşıyan təyyarə Ciddə şəhərinin beynəlxalq Əl-Məlik Əbdüləziz hava limanına endi. Əsəd Ərəb Liqası başçılarının sammitində iştirak məqsədi və səudiyyə kralı Salman bin Əbdüləzizin dəvəti ilə Ərəbistana səfər edib.

Ərəb birliyinə üzv ölkələrin xarici işlər nazirləri mayın yeddisində fövqəladə bir iclasda/ Dəməşqin bu regional orqandakı üzvlüyünün dayandırılmasının aradan qaldırılması üzrə qərarı, başqa sözlə, Suriyanın birliyə qayıdışını elan etdilər. Ondan sonra dünya mediaları ərəb ölkələrinin diplomatik rəsmilərinə istinadla xəbər verdilər ki, Bəşşar Əsəd sözügedən qərardan sonra ərəb ölkələri başçılarının ilk iclasında iştirak edəcək.

 

Teqlər