Lavrov üçtərəfli danışıqların əhəmiyyətindən danışıb
“Cənubi Qafqazda sabitlik və sülh Rusiyanın maraqları ilə birbaşa bağlıdır”
Moskvada Azərbaycan Respublikası və Ermənistandan olan həmkarlarını bir araya gətirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Cənubi Qafqazda sabitlik və sülh Rusiyanın maraqları ilə birbaşa bağlıdır.
Lavrovon sözlərinə görə, Rusiya Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə yönəlmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcək.
Moskvada keçirilən üçtərəfli görüşdə çıxış edən Lavrov ümidvar olduğunu bildirib ki, danışıqlar konstruktiv atmosferdə davam edəcək və birbaşa dialoq əlavə nəticələr əldə etməyə imkan verəcək.
O sonra bildirib: “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanatlar davamlı həll yollarına nail olmaq üçün yol xəritələridir. Biz hesab edirik ki, liderlərimiz arasında razılaşmaların alternativi yoxdur. Bu, birbaşa Rusiyanın maraqları ilə bağlıdır. Biz vəziyyətin sabitləşməsinə yönəlmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”.
Lavrov Dağlıq Qarabağda və sərhəddə vəziyyətin sabitləşdirilməsinin, humanitar məsələlərin həllinin, iqtisadi və nəqliyyat əlaqələrinin bağlanmasının və sülh müqaviləsinin mətni ətrafında işin aparılmasının vacibliyini də qeyd edib.