May 25, 2023 15:05 Asia/Baku
  • Putin: Rusiya müharibəni dayandırmağa çalışır

Rusiya prezidenti bəyan edib ki, onun ölkəsi heç bir müharibəyə başlamayıb, lakin xüsusi hərbi əməliyyatın köməyi ilə onu dayandırmağa çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin dövlət mükafatlarının təqdimetmə mərasimində çıxışı zamanı bildirib: “Bizə tez-tez deyirlər və eşidirik ki, Rusiya hansısa müharibəyə başlayıb. Xeyr, Rusiya xüsusi hərbi əməliyyatın köməyi ilə bizə, bir hissəsi xalqımıza qarşı aparılan bu müharibəni dayandırmağa çalışır. Xalqımızın bir hissəsi tarixi Rusiya dövlətinin hüdudlarından kənara çıxdı. Lakin bu, onların bizim xalqımız olmasına mane olmadı”.

O, Rusiyanın bu insanları qorumaq üçün hər şeyi edəcəyini vurğulayıb.

 

Teqlər