ABŞ dəniz qoşunlarının infrastrukturları sındırılıb
ABŞ dəniz qoşunlarının vitse-komandanı çinli hakerlər tərəfindən Birləşmiş Ştatların dəniz qoşunlarının infrastrukturlarına qarşı kiber hücumunun edildiyini iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Çinin nəinki son illər, həm də bir neçə onillikdə bu üsuldan istifadə etməsi bizi təəccübləndirmir- deyə, Karlos Deltur iddia edib.Amerika dəniz qoşunlarının komandan müavini bu kiber hücumunun kəmiyyəti və keyfiyyəti haqda detallara keçməsə də, vurğulayıbdır ki, ABŞ dəniz qoşunları ötən illər ərzində daima bu kimi hücumlarla çarpışıb.
Ağ Ev-in/ öz hərbi və iqtisadi rəqiblərinə kiber hücumu və casusluq ittihamı vurmasının fonunda qeyd edək ki, onun özü/ illər boyudur,/ digər ölkələrə qarşı casusluq fəaliyyəti ilə məşğuldur. Belə ki, Almaniyada çıxan «Di Zayt»(«Die Zeit») həftəlik qəzeti və bu ölkənin dövlət telekanalı ARD/ son zamanlar bir reportajda Amerikanın Almaniya müdafiə nazirliyindən casusluq etdiyini ifşa etdilər.