İyun 10, 2023 16:16 Asia/Baku
  • Azərbaycan rəsmilərinə sanksiya tətbiq edilsin!

ABŞ senatorları Bayden Administrasiyasını Dağlıq Qarabağın blokadasına görə Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq etməyə çağırıblar.

Senatorlar Bayden Administrasiyasından istəyiblər ki, 907-ci maddənin sanksiyalarını tam şəkildə tətbiq etməklə Azərbaycana bütün hərbi yardımlar dayandırılsın.  

Onların iddiasına görə, “ABŞ-ın dəstəyinə ehtiyacı olmayan və buna layiq olmayan avtoritar rejimin silahlı qüvvələrinə yardım etmək mənasızdır”.

Senator Padiliya layihəni təqdim edərkən deyib: “Azərbaycanın Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini blokadaya alması qeyri-insani və qəbuledilməzdir. Zira bu blokada humanitar böhran yaradıb, Dağlıq Qarabağdakı 120 min ermənini ərzaq, dərman və digər əsas tələbat mallarından məhrum edib. ABŞ Azərbaycanı məsuliyyətə cəlb etmək üçün hərəkətə keçməlidir”.

 

 

Teqlər