İşğal olunmuş Fələstində Netanyahuya qarşı aksiyalar davam edir
İşğal olunmuş ərazilərin sakinləri şənbə günü/ iyirmi beşinci həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahu və onun məhkəmə islahatları planına qarşı aksiya keçiriblər.
On minlərlə sionist qəsəbə sakini işğal edilmiş Fələstinin müxtəlif bölgələrində küçələrə çıxıb və Netanyahunun nazirlər kabinetinə və “məhkəmə islahatı” adlı qanun layihəsinə qarşı şüarlar verib.
Aksiya təşkilatçıları əsas küçələri, o sıradan Ben-Qurion hava limanına və işğal olunmuş Qüdsə girişləri bağlayıblar.
Təl-Əvivdən başqa, Kfar-Səba, Ber-əs-Səba, Netanya, Herztliya, Hayfa və Rahofut bölgələri də Netanyahuya və sionist rejim kabinetinə qarşı etiraz səhnələri olublar.
Son iyirmi dörd həftə ərzində işğal olunmuş Fələstinin şimalından cənubuna qədər onlarla şəhər, o sıradan Təl-Əviv, Hayfa, işğal olunmuş Qüds, Ber-əs-Səba, Rişon-Letsion və Hertzliya/ Netanyahunun ifrat sağçı kabinetinə və sionist rejimin məhkəmə aparatında islahatlara qarşı aksiya səhnələri olublar.
Netanyahu kabinetinin “məhkəmə qanununa düzəliş” adlandırılan planında məhkəmə aparatının səlahiyyətləri azaldılacaq, əvəzində isə bu rejimdə icra və qanunvericilik qüvvələrinin güc və mövqeləri gücləndiriləcək.
Bu planın qəbul edilməsi Netanyahu tərəfindən təxirə salınsa da, etirazçılar onun tamamilə ləğv edilməsinə təkid edirlər.