İyul 04, 2023 16:28 Asia/Baku
  • Əliyev rejiminin nümayəndələri Münafiqlərin toplantısına qatılıblar

Azərbaycana hakim kəsilmiş rejimin nümayəndələri Parisdə Münafiqlərin toplantısında iştirak ediblər.

Toplantıda ailə rejimini Azərbaycan Milli Məclisinin üç üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev və hakim Yeni Azərbaycan Partiyasının Təftiş komissiyasının üzvü Naqif Həmzəyev və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc təmsil edib.

Toplantıda iştirak edən deputat Razi Nurullayev Cəbhə.info portalı ilə müsahibədə deyib ki, guya İranda azadlıq, demokratiya, insanların azad və firəvan yaşamasını istəyən bütün dünya İranın Milli Müqavimət Şurasına dəstək göstərmək üçün Parisə axışıb.

Əliyevin təbliğatçılarından olan deputat sözü gedən toplantıda etdiyi çıxışında İranın dövlət dairələrinə və eləcə də Müqəddəs İslam hakimiyyətinə təhqirlər yağdırıb, "Münafiqlər" terror qruplaşmasının sifarişi ilə İran xalqının dəyərlərinə yalanlar dolu və cəfəng sözlər püskürüb.

İran hökumətinin guya dünyaya, bölgəyə və qonşu ölkələrə problemlər yaratdığını iddia edən deputat deyib ki, “Azərbaycan İran rejiminin terrorunun qurbanlarından biridir. İran zəngin ölkə olmasına baxmayaraq, hakim rejimin yarıtmaz siyasəti ucbatından vətəndaşları ağır şəraitə düşüblər”.

Razi Nurullayev öz sərsəm fikirlərinin davamında Azərbaycan hakimiyyətinin terrorçu Münafiqlər qruplaşmasına dəstək verdiyini xatırladaraq bunları qreyd edib: “Xanım Məryəm Rəcəvinin rəhbərliyi ilə İranın Milli Müqavimət Şurası və onun 10 bəndlik proqramı azad və demokratik İrana, qonşuları ilə dinc həyata zəmanət verir. Azərbaycanın millət vəkili olaraq bu proqramı dəstəkləyirəm”.

Partiya sədri çıxışının sonunda qara-güruhun başçısı Məryəm Rəcəviyə müraciət edib: “Xanım Rəcəvi, nəzərinizə çatdırmaq istəyirəm ki, biz sizi və İran müqavimətini dəstəkləyirik”.

Beləliklə də Əliyev hakimiyyətini təmsil edən deputat ailə rejiminin terrorizmi dəstəklədiyini açıq-aşkar elan etmiş olub.

Qeyd edək ki, “Xalq Mücahidləri Təşkilatı” və ya münafiqlər qruplaşması İranda islam inqilabının qələbəsinin ilk günlərindən İran xalqı və dövlət rəsmilərinə qarşı davamlı olaraq saysız-hesabsız terror aktları törətmişdir.

Albaniya polisinin Əşrəf-3 terror yuvasından ələ keçirdiyi kompüter materiallarının Tehrana təhvil verməsi xəbəri doğru olarsa, Əliyev hakimiyyətinin Münafiqlərlə də olan əlaqələri barədə ciddi sənədlərin üzə çıxacağı gözlənilir. 

 

Teqlər