İyul 31, 2023 11:12 Asia/Baku
  • İsveç hökuməti bütün islamofob hərəkətləri rədd edir

İsveç Xarici İşlər Nazirliyi dünən bir bəyanatda iddia edibdir ki, bu ölkə hər cür islamofob hərəkəti kəskin tərzdə rədd edir/ və Qurana və ya hər hansı digər müqəddəs kitaba qarşı hərəkət, hörmətsizlik hesab olunur.

İsveç Xarici İşlər Nazirliyi İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin bu ölkədəki nümayəndələri və İraqın Stokholmdakı səfirliyinin məktubuna cavabda iddia edibdir ki, hər hansı formada olursa-olsun, bütün islamofob hərəkətlər İsveç hökuməti tərəfindən rədd olunur.

Nazirlik öz bəyanatında əlavə edib: Biz İsveçdəki müsəlmanların, həmçinin İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin belə hərəkətlərdən son dərəcə əziyyət çəkdiklərindən tamamilə xəbərdarıq.

İsveç Xarici İşlər Nazirliyi həmçinin iddia edibdir ki: Qurana və ya hər hansı digər müqəddəs kitaba qarşı hərəkət, hörmətsizlik hesab olunur. İsveç hökuməti ekstremistlərin müsəlmanlarla qeyri-müsəlmanlar arasında təfriqə salmaq üzrə cəhdlərini kəskin tərzdə rədd edir.

Nazirlik vurğulayıb: Hökumətimiz istər aksiyalarda, istərsə də digər məkanlardakı islamofob baxışları heç bir vəchlə himayə etmir.

Dünən İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin İsveçdəki nümayəndələri və İraqın Stokholmdakı səfirliyi bir məktubda İsveç krallığında Qurana qarşı çox sayda hörmətsizliyi şiddətlə pisləyiblər.

Məktubun müəllifləri belə hörmətsiz hərəkətlərin/ şəxslərin əqidələri və dini azadlığa dəstək, həmçinin dinc dini yaşayışın gücləndirilməsinə təkid barədəki BMT qətnamələri ilə aşkar şəkildə təzad təşkil etdiyini bildiriblər.

Avropa ölkələrində dünya müsəlmanlarının müqəddəslərinə hörmətsizliklərin davamında bir ekstremist qrupun üzvləri iyulun 25-də Misir və Türkiyənin Danimarkanın paytaxtı Kopenhagendə yerləşən səfirlikləri qarşısında Quran yandırıblar.

Bu hərəkət/ İsveçdə Qurani-Kərimə qarşı hörmətsizlikdən keçən bir həftədən az bir müddətdə Danimarkada neçənci oxşar hərəkət olub və dünya müsəlmanlarının hiddətini doğurubdur.