İyul 31, 2023 12:37 Asia/Baku
  • “Hücum uğurlu olarsa, nüvə silahından istifadə etməli olacağıq”

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Kiyevin davam edən əks-hücumu uğurlu olarsa, Moskva nüvə silahından istifadə etməli olacaq.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan Medvedev sosial şəbəkələrdəki rəsmi hesablarında Rusiyanın belə bir ssenaridə öz nüvə doktrinasına müraciət etmək məcburiyyətində qalacağını söyləyib.

“Təsəvvür edin, əgər NATO-nun dəstəklədiyi hücum uğurlu alınsaydı və onlar torpaqlarımızın bir hissəsini qoparsaydı, Biz Rusiya prezidentinin fərmanının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməyə məcbur olardıq. Başqa bir seçim olmazdı”, - deyə rusiyalı rəsmi qeyd edib.