"Qurani-Kərimin yandırılması həqiqətən vəhşi bir hərəkətdir"
https://azeri.sahartv.ir/news/dünya-i402247-qurani_kərimin_yandırılması_həqiqətən_vəhşi_bir_hərəkətdir
Dünya katoliklərinin rəhbəri Argentina İslam Fondunda dinlərin nümayəndəsinin məktubuna cavab olaraq, Quran-ın yandırılması kimi hərəkətləri insan dialoquna maneə kimi dəyərləndirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 01, 2023 12:33 Asia/Baku

Dünya katoliklərinin rəhbəri Argentina İslam Fondunda dinlərin nümayəndəsinin məktubuna cavab olaraq, Quran-ın yandırılması kimi hərəkətləri insan dialoquna maneə kimi dəyərləndirib.

Ötən həftə Argentina İslam Fondunda dinlərin nümayəndəsi Höccətül-İslam Əbdül Kərim Paz dünya katoliklərinin liderinə ünvanladığı məktubda Qurani-Kərimin təhqir olunmasını pisləyərək, bu hərəkəti İbrahim dinləri arasındakı birliyə zidd adlandırıb. 

Papa Fransisk də cavab olaraq yazıb:

Dr. Əbdül Kərim Paz əziz qardaşım. Məktubunuz üçün çox sağ olun.

Qurani-Kərimin yandırılması hekayəsi həqiqətən də vəhşilikdir. Bu hallar insanlar arasında humanist və yetkin dialoqa ziyan vurur və ona mane olur.

Papa Fransisk bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttah" qəzeti ilə müsahibədə İsveç hökumətini tənqid edərək, Quranın yandırılmasını pisləmişdi.