Qərbin Ukrayna savaşındakı militarizmi davam edir
Qərb düşərgəsinin Ukrayna müharibəsindəki militarizminin davamında Danimarkanın baş naziri Mette Frederiksen bildiribdir ki, bu ölkə Ukraynaya on doqquz ədəd F-16 qırıcısı göndərəcək.
Danimarka baş naziri deyib: Ümid edirəm ki, altı qırıcı cari ildə, səkkiz qırıcı gələn il, yerdə qalan beş qırıcısı isə 2025-ci ildə Ukraynaya təhvil veriləcək.
Ukrayna prezidenti silah dəstəkləri almaq məqsədilə dünən Danimarkaya səfər edib.
O, Danimarkadan öncə Niderlanda səfər etmişdi.
Vladimir Zelenski Niderland rəsmilərilə görüşdən sonra bu ölkənin qırx iki ədəd F-16 qırıcısının Ukraynaya köçürülməsindən xəbər verib.
Qərb ölkələri, xüsusən də Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyalar təzyiqini kəskinləşdirmək, həmçinin yüngül və ağır texnikaları Kiyevə təqdim etməklə nəinki Ukrayna müharibəsinə son qoymaq istiqamətində bir addım atmayıblar, əksinə, bu savaşı bir az da qızışdırıblar.
Rusiya rəsmiləri, həmçinin bəzi Qərb ekspert və mediaları Ukrayna müharibəsini Qərb ilə Rusiya arasında proksi-müharibə adlandırıblar.