Moskva BMT TŞ-nin genişləndirilməsini dəstəkləyir
https://azeri.sahartv.ir/news/dünya-i403664-moskva_bmt_tŞ_nin_genişləndirilməsini_dəstəkləyir
Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 19, 2023 12:09 Asia/Baku
  • Moskva BMT TŞ-nin genişləndirilməsini dəstəkləyir

Moskva BMT TŞ-nin genişləndirilməsi barədə müzakirələrin başlanmasını istəyir.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin sayının artırılması ilə bağlı dialoqa başlamaq lazımdır, bu müzakirələr başlamalıdır.

Eyni zamanda, o qeyd edib ki, bu proses çox mürəkkəb və uzunmüddətli danışıqlar tələb edir.

Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Britaniya, Çin, ABŞ və Fransa. Bu ölkələrin hər biri şurada veto hüququna malikdir. Coğrafi əsaslarla seçilən 10 dövlət üzvü qeyri-daimi üzv statusuna malikdir.

Rusiyanın yeni siyasətinə gəlincə, müşahidəçilər qeyd edirlər ki, bu dövlət Təhlükəsizlik Şurasında balans yaratmaq və ya onun tərkibində öz müttəfiqlərini görmək niyyətindədir. Çünki hazırda şuranın daimi üzvlərindən yalnız Çinin mövqeyi Rusiyaya yaxındır.