Britaniya Kremllə gizli danışıqlar aparıb
https://azeri.sahartv.ir/news/dünya-i403800-britaniya_kremllə_gizli_danışıqlar_aparıb
Britaniya rəsmiləri Kremlin əsas nümayəndələri ilə gizli diplomatik danışıqlar aparıblar. Bu barədə Britaniyanın “İnyus” nəşri yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2023 11:54 Asia/Baku
  • Britaniya Kremllə gizli danışıqlar aparıb

Britaniya rəsmiləri Kremlin əsas nümayəndələri ilə gizli diplomatik danışıqlar aparıblar. Bu barədə Britaniyanın “İnyus” nəşri yazıb.

Jurnalistlər son 18 ay ərzində Vyana və Nyu York kimi şəhərlərdə mütəmadi gizli görüşlərin keçirildiyini aşkara çıxarıblar.

Məlumatda deyilir ki, görüşlər həm Böyük Britaniyanın özünün təhlükəsizliyi, həm də ümumilikdə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün təşkil edilib. Xüsusilə, bu danışıqlarda taxıl qıtlığı və nüvə təhlükəsizliyi məsələsi müzakirəyə çıxarılıb.

Bununla belə, bəzi görüşlərdə iştirak edən yüksək rütbəli britaniyalı diplomat nəşrə bildirib ki, Böyük Britaniya heç vaxt Ukraynadakı müharibəyə diplomatik yollarla son qoymaq üçün sülh danışıqlarına girməyə cəhd etməyib.

Beləliklə Ukraynanın qərbin planlarına qurban getdiyi bir daha sübut olunur. Rusiyaya qarşı Ukraynaya geniş yardımlar göstərən Britaniyanın Moskva ilə davamlı şəkildə gizli danışıqlar aparması və Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında maraqlı olmaması bird aha qərb dünyasının ikiüzlülüyünu göstərir. Eyni zamanda qərbə inanan ölkələrin qərb əlində oyuncağa çevrildiyi, Ukrayna nümunəsində isə var yoxunu itirdiyi faktı diqqət çəkir.