Menendes və həyat yoldaşinin korrupsiya rüsvayçiliği
Menendes ABŞ senatının xarici əlaqələr komitəsinin sədrliyindən istefa verib
Amerikanın Nyu-Cersi ştatından olan demokrat senator Bob Menendes cümə günü ABŞ senatının xarici əlaqələr komitəsinin sədri vəzifəsindən kənara çəkilib.
Bu addım Menendesin korrupsiyada ittiham edilməsindən sonra atılıb.
Menendes bir özəl şirkətə yardım üçün gizli informasiyalardan istifadə etməkdə ittiham olunur.
Həyat yoldaşı ilə yanaşı, Bob Menendes Misir hökumətinin xeyrinə demokrat partiyasındakı nüfuzundan istifadə etməkdə, həmçinin bir lüks avtomobil, qızıl külçələr və nağd pul da daxil olmaqla rüşvət almaqda ittiham olunub.
Prokurorluq rəsmilərinin sözlərinə görə, təftiş zamanı bu iki nəfərin mənzliində yüz min dollar dəyərində qızıl külçə və 480 min dollar nağd pul aşkar edilib.
Deyilənlərə görə, zahirən Menendes Amerika tarixində xidmətdə olarkən iki cinayətdə ittiham edilən ilk senatordur.
Əlaqədar rəsmi şəxslər həmçinin Menendes ailəsinin Nyu-Cersidə daşınmaz əmlakı genişləndirməklə məşğul olan tərəflə sövdələşməsi barədə suallar veriblər.
1993-cü ildən ABŞ konqresinin nümayəndələr palatasının üzvü olan senator Menendes 2006-cı ildə senata daxil olub. O, ABŞ senatının xarici əlaqələr komitəsinin sədri idi.
Menendes Amerikada silah qanununa düzəlişə dəstəyinə görə, «milli silah cəmiyyəti» və «silah sahibləri cəmiyyəti»ndən «F» dərəcəsi alıb.