Sen 27, 2023 20:50 Asia/Baku
  • Zaxarova marşrutlar üzərində Ermənistanın suverinliyindən danışıb

Rusiya XİN sözçüsü Ermənistan ərazisindən kommunikasiyaların bərpası ilə bağlı bu marşrutlar üzərində Ermənistanın suverinliyi və yurisdiksiyasının təmin ediləcəyini məqsədə uyğun hesab edib.

"Regionda nəqliyyat əlaqələrinin açılması Rusiya, Türkiyə və İranın xeyrinə olacaq".Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup tərəfindən diqqətli şəkildə nəzərdən keçirilir.” Deyən Mariya Zaxarova sözlərini belə davam etdirib: “Əminik ki, məhz bu formatda hər bir ölkənin ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını təmin edəcək qarşılıqlı məqbul həll yolu tapıla bilər və tapılmalıdır.”

 Zaxarovaya görə, Ölkələrin maraqlarının balanslaşdırılmasına əsaslanan belə razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, Türkiyə və İrana fayda verəcək".

 

Teqlər