Okt 04, 2023 20:30 Asia/Baku
  • ABŞ Nümayəndələr Palatası öz tarixində bir ilkə imza atdı

Nümayəndələr Palatasının spikeri Makkartinin səlahiyyəti əlindən alınıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti tutduğu vəzifədən uzaqlaşdırılıb.

Beynəlxalq medianın nməlumatına əsasən, müvafiq qərar səsvermə zamanı Nümüyəndələr Palatası üzvləri tərəfindən qəbul edilib.

Makkartinin tutduğu vəzifədən kənarlaşdırılması prosedurunun təşəbbüskarı onun Respublikaçılar Partiyasındakı həmkarı, Florida ştatından konqresmen Mett Qets olub. Siyasətçi, Kevin Makkartinin demokratlara güzəştə getməsindən və Amerika hökumətinin maliyyələşdirilməsinin müvəqqəti olaraq dayandırılmasının qarşısını almaq üçün 45 günlük büdcənin qəbulunu təmin etməsindən narazı idi.

Qets onu da bildirib ki, spiker Ukraynanın maliyyələşdirilməsinə pul ayırmağa davam etmək üçün guya ABŞ prezidenti Co Baydenlə qeyri-rəsmi sövdələşməyə girib.

Qeyd edək ki, ABŞ tarixində Nümayəndələr Palatası əvvəllər heç vaxt spikerə impiçment elan etməyib.

 

 

Teqlər