Dünyanın 298 görkəmli şəxsiyyəti BMT-nin baş katibinə məktub ünvanlayıb
Dünyanın 298 görkəmli şəxsiyyəti BMT-nin baş katibinə ünvanladığı məktubda, BMT-ni sionist İsrailin Qəzzəyə və İordan çayının qərb sahilinə hücumu zamanı törətdiyi hərbi cinayətlərə son qoymaq üçün təcili müdaxilə etməyə çağırıb.
Məktubda deyilir:
Zati-aliləri Antonio Quterreş
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi
İsrailin Qəzzəyə və İordan çayının qərb sahilinə hücumu zamanı törətdiyi hərbi cinayətlərə və vəhşiliklərə son qoymaq üçün BMT-nin təcili müdaxiləsini tələb etmək məqsədilə sizə məktub yazırıq.
Bu məktubu elə bir halda sizə göndəririk ki, İsrailin döyüş maşını Qəzzədə 3500-dən çox fələstinlini öldürüb və 12 000-dən çox insanı yaralayıb, onların böyük əksəriyyəti mülki şəxslərdir. İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən təxminən 70 nəfər öldürülüb, 1300 nəfər yaralanıb ki, onların da böyük əksəriyyəti mülki şəxslərdir.
İsrail əhalinin sıx məskunlaşdığı Qəzzə zolağına hücumu zamanı mülki infrastrukturu hədəfə alaraq, beynəlxalq hüququ qəsdən pozdu. Buraya yaşayış binaları, məktəblər, xəstəxanalar, təcili yardım maşınları, məscidlər, qaçan insanlarla dolu yollar və qida istehsalı zavodları daxildir. O, həmçinin mülki əhalinin toplaşdığı yerləri də birbaşa hədəfə alıb. Misal üçün 2023-cü il oktyabrın 17-də Qəzzədə köçkünlərin sığındığı Baptist Xəstəxanasının ərazisini bombalayıb və 2023-cü il 13 oktyabrın tarixində Qəzzənin cənubuna mülki insanları daşıyan konvoyu bombalayıb.
Bundan əlavə, Human Rights Watch da daxil olmaqla bir çox insan haqları qruplarının dediyinə görə, İsrail Qəzzə və Livanda ağ fosfordan da istifadə edib. İstifadəsi Qeyri-qanuni olan ağ fosfor, sıx məskunlaşmış şəhər ərazilərində havada partladığı zaman ayrı-seçkilik etmədən, evləri yandıra və mülki şəxslərə ciddi xəsarət yetirə bilər. Ağ fosfor 800 dərəcə Selsidən çox temperaturda yanır ki, bu da metalın əriməsi üçün kifayətdir.
BMT-nin öz işçiləri və rəsmilərinin sözlərinə görə Qəzzədə təhlükəsiz yer yoxdur. Qəzzə tam mühasirədə və davamlı bombardman altındadır. Xəstəxanaların dolu olması, tibbi avadanlıqların çatışmazlığı, elektrik enerjisinin və suyun İsrail tərəfindən kəsilməsi və mühasirə səbəbindən ərzaq ehtiyatlarının azalması ilə mülki vətəndaşlar üçün humanitar vəziyyət məyusedicidir.
Tamamilə aydındır ki, İsrail mütənasib güc tətbiqinə və mülki şəxslərlə döyüşçülər arasında fərq qoymaq prinsiplərinə riayət etmək tələbindən imtina etməklə beynəlxalq hüququ kobud şəkildə pozmuşur.
Hollandiyanın "PAX for Peace" təşkilatının hərbi müşaviri və Liviyadakı BMT-nin keçmiş müharibə cinayətləri üzrə müstəntiqi Mark Qarlaskonun sözlərinə görə, İsrail "ABŞ-ın Əfqanıstanda bir il ərzində atdığını bir həftədən az müddətdə, Qəzzədə insanların başına töküb. Daha kiçik, daha sıx məskunlaşan və səhvlərin daha çox olduğu bir ərazidə.
Hazırda Qəzzə xalqına qarşı törədilən müharibə cinayətlərini nəzərə alsaq, İsrailin döyüş maşınına cilovlamaq üçün hansı addımı atmaq niyyətindəsiniz? BMT İkinci Dünya Müharibəsindən sonra qaydalara əsaslanan dünya nizamını qorumaq və bu münaqişənin dəhşətlərinin təkrarlanmasının qarşısını almaq məqsədi ilə yaradılmışdır. Bu ekzistensial fəlsəfə ilə təşkilat daha nə qədər dayanıb gözümüzün qabağında bir soyqırımı seyr edəcək?
Sizdən dərhal vəzifənizi yerinə yetirməyinizi və İsraili cilovlamaq, dərhal atəşkəsə nail olmaq və Qəzzə zolağına humanitar yardımın təcili çatdırılmasını təşkil etməyə çalışmaq yolu ilə bu qan gölünə son qoymağa kömək etmək üçün hər cür səy göstərməyinizi xahiş edirik və gözləyirik.
İsrail dayandırılmadıqca və hazırda Qəzzədə və İordan çayının qərb sahilində törətdiyi cinayətlərə görə cavab vermədikcə, cəzadan qorxmayaraq, insanları öldürməyə və şikəst etməyə və beynəlxalq hüququ ələ salmağa davam edəcək.