Okt 26, 2023 19:03 Asia/Baku
  • Putin:

Rusiya prezidenti çərşənbə günü Rusiyanın Fələstin məsələsinin iki dövlətli həlli ilə bağlı mövqeyini təkrarlayaraq, bu münaqişənin daha da genişlənməsinin təkcə Qərbi Asiya regionu üçün deyil, bütün dünya üçün ağır və təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Vladimir Putin sionist rejimin davamlı və cinayətkar hücumları fonunda Qəzzə zolağındakı vəziyyəti "humanitar fəlakət" adlandırıb.

Moskvada müxtəlif dinlərin nümayəndələri ilə görüşdə çıxış edən Putin deyib ki, günahsız insanlar başqaları tərəfindən törədilən cinayətlərin əvəzini ödəməməlidir.

Rusiya prezidenti Təl-Əvivin "kollektiv məsuliyyət" prinsipinə əsaslanan yanaşmasına qarşı çıxıb və bildirib ki, bu halda qocalar, qadınlar, uşaqlar və bütün ailələr ölür.

Məlumata əsasən, Putin Rusiyanın Fələstin məsələsinin iki dövlətli həlli ilə bağlı mövqeyini təkrarlayaraq, qeyd edib ki, bu, Yaxın Şərqdə uzunmüddətli və əsaslı nizamlanma və sülhün açarıdır. Əsas vəzifə qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda, böhranın daha da genişlənməsinin təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün ağır və son dərəcə təhlükəli və dağıdıcı nəticələri ola bilər. 

O, bəzi qüvvələrin öz mənfi maraqları naminə qeyri-sabitlik və xaos yaratmaq məqsədilə dini və milli hisslər üzərində oynamaq cəhdlərini pisləyib.

Rusiya prezidenti bununla bağlı deyib: "Müsəlmanları yəhudilərə qarşı təhrik edirlər... Şiələri sünnilərə, pravoslavları - katoliklərə qarşı təhrik edirlər. Avropada müsəlmanlar üçün müqəddəs sayılanlara qarşı küfr və vandalizmə göz yumurlar. Bir sıra ölkələrdə nasist cinayətkarları, rəsmi səviyyədə açıq-aşkar təqdir olunur".

"Məncə bütün hərəkətlərin məqsədi bəllidir – dünyada qeyri-sabitliyi artırmaq, mədəniyyətləri, xalqları, dünya dinlərini parçalamaq, sivilizasiyalararası münaqişəyə sövq etmək – bunların hamısı "parçala və hökm sür" prinsipinə uyğundur", - deyə Putin əlavə edib. 

HƏMAS müqavimət hərəkatının oktyabrın 7-də sionist terrorçu rejimə qarşı ən azı 1500 sionistin ölümü və 5000-ə yaxınının yaralanması ilə nəticələnən Əl-Əqsa Tufanı əməliyyatının başlamasından sonra Qüdsü işğal edən rejimin Nazirlər Kabineti Qəzzə zolağına genişmiqyaslı hücumların başlanması əmrini verdi.

Fələstin Səhiyyə Nazirliyinin statistikasına əsasən, sionist rejimin Qəzzə zolağı və İordan çayının qərb sahilində mülki insanlara qarşı hərtərəfli təcavüzü nəticəsində 6 500-dən çox fələstinli şəhid olub, 17 mindən çoxu isə yaralanıb.