Lukaşenko: “Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər”
https://azeri.sahartv.ir/news/dünya-i404852-lukaşenko_yaxın_Şərqdən_Üçüncü_dünya_müharibəsi_başlaya_bilər
Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda davam edən Fələstin-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2023 10:36 Asia/Baku
  • Lukaşenko: “Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər”

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda davam edən Fələstin-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.

Onun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar mütləq cavab alacaqlar: “Hazırda vəziyyəti gərginləşdirən İran deyil, onlar (İsrail və ABŞ – red.) iranlıları müharibəyə dartmağa çalışırlar”.

Belarus Prezidentinin fikrincə HAMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur. Əgər belə bir fakt varsa bunu göstərsinlər.