Noy 23, 2023 12:44 Asia/Baku
  • ABŞ və Kanada arasındakı körpüdə partlayış olub

ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki “Göy qurşağı” adlanan körpü, Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb. Bu barədə Amerikan mənbələr məlumat yayıblar.

Məlumatda qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. Hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

İstintaq qrupu partlayışın baş verdiyi ərazidə içərisində partlayıcı qurğunun olduğu ehtimal edilən çanta, yaxud çamadan tapıblar.Bu barədə ABC Nyus məlumat yayıb.

Kanada Baş naziri Castin Trudo  bildirib ki, onun hökuməti məsələ ilə bağlı ABŞ hakimiyyət orqanları ilə əlaqədədir:

“Körpüdə baş vermiş partlayışdan sonra bütün sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndiririk”,-Trudo deyib.