İraq prezidenti ermənilərin soyqırimı kompleksində olub
Noy 24, 2023 13:46 Asia/Baku
Azərbaycan Respublikasından sonra Ermənistana səfər edən İraq prezidenti Ermənistanda yerləşən yezidi kürdlərinin ən böyük məbədi və ermənilərin soyqırımı üzrə xatirə kompleksində olub!
İraq prezident aparatının mətbuat xidməti bildiribdir ki, yezidi kürdlərinin məbədinə baxış zamanı Əbdüllətif Rəşidi İraq-Ermənistan dostluq qrupunun həmsədri və Emənistan milli məclisində ”Mənim addımım” fraksiyasının yezidi müavini- Rüstəm Bakuyan müşayiət ediblər.
İraq prezidenti öz sosial səhifəsində yazıb: İraq fəxr edir ki, yezidilər və ermənilər onun tarix və mədəniyyətinin bir hissəsidirlər. 1915-ci ildə ermənilərə qarşı törədilən soyqırımının davamında yezidilər də soyqırımına məruz qalıblar!