Rusiya liderindən Qərbə mesaj:
Putin Amerikanı “axmaqlıq etməməyə” çağırıb
Dek 22, 2023 11:11 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin Strateji və Milli Layihələr Şurasında çıxışı zamanı Avropa, ABŞ və Kanadanı axmaqlıq etməməyə və Rusiyanın dağılmasını gözləməməyə çağırıb.
Rusiya prezidenti deyib: “Biz özümüzü Amerika qitəsinə, Şimali Amerikaya, ABŞ və Kanadaya bağlamamışıq, Avropa ölkələri ilə əməkaşlığa açığıq. Ümumiyyətlə, onlar bizim dağılmağımızı gözləmək kimi xəyallarla özlərini aldatmasınlar. Əgər onlar Rusiya ilə əməkdaşlıqdan faydalanmaq istəyirlərsə, bunu etməlidirlər”.
Putin qeyd edib ki, Qərb ölkələrinin liderləri Rusiyanın məhv edilməsi kimi xülyaların arxasınca getməməli və öz xalqlarının maraqlarından çıxış etməlidirlər.