Apr 19, 2024 13:54 Asia/Baku
  • İsrail rejiminin Qəzzədəki hərəkətləri alovlu cəhənnəm yaradıb

BMT baş katibi bu təşkilatın Təhlükəsizlik Şurasının Qəzzənin durumunun araşdırılması üzrə iclasında deyibdir ki, İsrail rejiminin yeddi aydır davam edən Qəzzədəki hərbi əməliyyatı alovlu cəhənnəm yaradıb.

Antonio Quterreş söyləyib: Yaxın Şərq uçurum kənarındadır və bir səhv/ daha geniş və daha dağıdıcı qarşıdurmanın başlanmasına bəs edər. Bu qanlı intiqam dövriyyəsinə son qoymağın zamanı gəlib çatıbdır. Qəzzədəki düşmənçilik hərəkətlərinə son qoymaq, Yaxın Şərqdəki gərginlikləri geniş şəkildə azaldacaq. İsrailin yeddi aydır davam edən Qəzzədəki hərbi əməliyyatı alovlu cəhənnəm yaradıb.

O, əlavə edib: YUNİSEF(UNICEF) Qəzzədə hədəfsiz və dəhşətli hücumlarda 13 min 900 fələstinli uşağın öldürülməsindən xəbər verib. İsrailin məhdudiyyətləri Qəzzə zolağında ehtiyaclılara xidmət və yardımların göstərilməsini mürəkkəbləşdirir. İsrail son zamanlar BMT-nin Qəzzə zolağına yardım göndərmək üzrə xahişlərinin qırx faizindən çoxunu rədd edib. Yardımçılar dəhşətli surətdə Qəzzə zolağında öldürülürlər və mən bu sahədə təhqiqatın aparılmasını istəyirəm.

Quterreş sonra deyib: Humanitar qruplar təklikdə Qəzzə zolağındakı böhrana yetişə bilmirlər. İşğal olunmuş qərb sahilinə də şamil olacaq asayiş üçün əhatəli bir yanaşma qəbul edilməlidir. Ötən il sionist qəsəbə sakinlərinin qərb sahilində fələstinlilərə qarşı hücumlarının geniş miqyasının şahidi olduq. İsraildən/ sionist qəsəbə sakinlərinin tayı görünməmiş bu həddə fələstinlilərə qarşı hücumlarına son qoymasını istəyirəm. İsrail və beynəlxalq ictimaiyyət təsirli fəlaiyyətə malik ola biləcək bir Fələstin dövlətinin yaradılması üçün şərait yaratmalıdırlar. Vəziyyəti sakitləşdirmək üzrə səylər Livanın cənubundakı iltihablı duruma da şamil olmalıdır. Bu səylər Qırmızı dənizdə dənizçiliyin təhlükəsizliyini təmin etməlidir. Qırmızı dənizdəki hücumlar dənizçilik təhlükəsizliyi və təmin halqası üçün bir təhdiddir və bir beynəlxalq toqquşmanın baş verməsi ehtimalını artırır.

 

 

Teqlər