"Qəzzəyə dəstək, İsrailə nifrət" qlobal aksiyalar davam edir
Müxtəlif ölkələrdə fələstinə dəstək duran fəalların sionist rejimin Qəzzədə törətdiyi soyqırımına geniş etirazları davam edir.
Qəzzə məlumat mərkəzinin elanına əsasən, ötən il oktyabrın 7-dən bu yana sionist rejim ordusunun Qəzzə zolağına amansız hücumları nəticəsində 37 min 500-dən çox fələstinli şəhid olub, 86 mindən çox fələstinli isə yaralanıb.
Beynəlxalq ictimaiyyətin ciddi etirazlarına və narahatçılığına səbəb olan bu cinayətlər ankalavda hələ də davam etməkdədir. Getdikcə qloballaşan aksiyalar müxtəlif ölkələrin mərkəzi şəhərlərində keçirilir, paytaxt meydanlarında vicdanı azad olan insanalar etirazlara qalxaraq İsrailə qarşı nifrət dolu şüarlara səsləndirirlər.
İordaniyanın paytaxtı Əmmanda İsrail rejiminin səfirliyi qarşısında aksiya keçirən xalq Qəzzə əhalisinin dəstək olduqlarını deyərək sionist rejimin təcavüzünü şiddətlə pisləyiblər.
Əllərində Fələstin bayraqları tutan nümayişçilər “Məscidül-Əqsa axan qanımızla yenidən öz paklığına qovuşacaq”, “Oktyabrın yeddinci günü yeganə ədalət günü idi”kimi şüarlar səsləndiriblər.
“Qəzzə zolağının mühasirəsində hamınız əli olanlar ayıb olsun sizə”-deyə fəryad edən Fələstin tərəfdarları ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşmasını qınayıblar.
Mərakeş xalqı da Rabatda ölkə parlamenti qarşısında nümayiş keçirərək Fələstinə dəstək olduqlarını elan etmiş və sionist rejimin Qəzzəyə təcavüzünü kəskin şəkildə pisləyiblər.
Fələstin tərəfdarları Amerikaya səfəri zamanı sionist müharibə naziri Yoav Qallantın Vaşinqtonda iqamətgahı olan Willard otelinin qarşısına toplaşıblar.
"Gizlənə bilməzsiniz! Siz soyqırım edirsiniz!" -deyərək aksiyada səslənən insnalar törədilmiş qanlı hadisılərə bir başa məsuliyyət daşıyan bu cinayətkarı qınayıblar.
Qlobal etirazlar Seneqala qədər uzanıb. Yüzlərlə seneqallı ötən gün Dakar küçələrində fələstinlilərlə həmrəylik nümayiş etdirmək və Qəzzədə davam edən soyqırımı pisləmək üçün geniş mitinqlər keçiriblər.