İyul 04, 2024 18:54 Asia/Baku
  • Baydenin seçki kampaniyasında iştirakını davam etdirməkdən çəkindiyini bildirib

Amerika mediası məlumatlı mənbələrə istinadən xəbər verir ki, Co Bayden seçkidə iştirakını davam etdirmək və ya seçkidən çəkilməkdə tərəddüd edir.

NBC televiza kanalı ABŞ prezidenti və Demokratlar Partiyasının 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə namizədi Co Bayden, Respublikaçı rəqibi Donald Trampla ilk seçki debatındakı göstərdiyi zəif performansına görə bu günlərdə demokratlar arasında seçkidən geri çəkilmək üçün təzyiqlə üzləşib. Onun səhhəti ilə bağlı narahatlıqlar isə durmadan artmaqda davam edir.

Bundan daha maraqlısı isə, Bayden bəzi şəxsi söhbətlərində keçən həftəki debatın nəticələrinin o qədər ciddi ola biləcəyindən narahatlığını ifadə edib ki, bunun öhdəsindən gəlmək çətin olacaq.

ABŞ tarixinin ən yaşlı prezidenti hesab edilən 81 yaşlı Bayden, xüsusilə iyunun 27-də keçirilən debatdan sonra fiziki sağlamlığı və koqnitiv qabiliyyətləri ilə bağlı müxtəlif tənqidlərlə üzləşib.

 

 

Teqlər