Avq 12, 2024 15:09 Asia/Baku
  • Amerika müsəlmanlarından Bayden hökumətinə çağırış:

ABŞ İsrailin dövlət terrorunu durdurmalıdır- TƏHLİL

Amerika-İslam Əlaqələri Şurası bir bəyanatda bildirib ki, sionist İsrail rejiminin Qəzzə şəhərindəki məktəbə hücumu təkcə fələstinlilərə deyil, həm də onların dininə qarşı hücumdur və ABŞ prezidenti Co Bayden İsrailin dövlət terrorizminə cavab verməlidir.

Sionist rejim təyyarələri şənbə günü səhər saatlarında Qəzzədəki ət-Tabein məktəbində namaz vaxtı fələstinli ibadətçiləri bombalayıb, bu zaman ən azı 100 fələstinli şəhid olub, 200-ə yaxın fələstinli isə yaralanıb. Bu cinayətin ardınca HƏMAS öz bəyanatında, İsrailin bu misli görünməmiş cinayətə haqq qazandırmaq cəhdinə toxunaraq bildirib: “Ət-Tabiin məktəbinin şəhidləri arasında bir nəfər də olsun silahlı şəxsin olmadığını vurğulayırıq və şəhidlərin, eləcə də xəsarət alanların hamısı mülki şəxslərdir”.

Maraqlısı Bayden hökumətinin bu dəhşətli və görünməmiş cinayətə reaksiyasıdır. Ağ Ev iddia edib ki, onlar guya Qəzzədə dinc əhalinin həlak olması ilə bağlı xəbərlərdən narahatdırlar.

Yeri gəlmişkən bildirək ki, ABŞ Fələstin xalqını öldürmək üçün sionist rejimə ən müasir silahlar göndərir.

Bayden administrasiyasının ifadə etdiyi narahatlığa baxmayaraq, Amerika mətbuatının yazdığına görə, bu dəhşətli hücumda istifadə edilən bomba ABŞ-da hazırlanıb. CNN, ABŞ istehsalı olan GBU-39 idarəolunan bombanın sionist rejim ordusunun ət-Təbein məktəbini bombalaması zamanı istifadə edildiyini bildirib. Beləliklə də Amerika Birləşmiş Ştatları məzlum Qəzzə əhalisinin qırğınında sionist rejimin birbaşa və vasitəsiz ortağı hesab olunur.

Əslində, Ağ Evin Təl-Əvivə şəksiz dəstəyi həmişə sionist rejimin cinayət əməllərini davam etdirməsi, Qəzzə soyqırımı və bölgədə aclıq silahlarından istifadə üçün yaşıl işıq olub.

Eyni zamanda, Ağ Ev Qəzzada gedən qanlı müharibədə atəşkəs istədiyini iddia edir. Halbuki, əgər Co Bayden həqiqətən bunu etmək istəyirsə, İsrailə təzyiq göstərməli, qəddar rejimə idarə olunan bombalar göndərməyi dayandırmalıdır. Lakin Birləşmiş Ştatlar bu haqda ictimaiyyətin tələblərini qulaqardına vurur. Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurası sionist rejimin cinayətlərini dayandırmaq üçün ciddi tədbirlər görməlidir. Həmçinin dünya dövlətləri qaniçən rejimi yalnız pisləməklə kifayətlənməməlidir.

 

Teqlər