Avq 15, 2024 18:20 Asia/Baku
  • İnsan haqları məruzəçiləri sionist rejimin həyata keçirdiyi terrorları pisləyiblər

BMT-nin İnsan Haqları üzrə Xüsusi Məruzəçilərindən bir neçəsi bəyanat yayaraq, sionist rejimin region ölkələrində həyata keçirdiyi son terror aktlarını pisləyiblər.

BMT-nin insan haqları üzrə bir neçə xüsusi məruzəçisi HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin işğalçı sionist rejimin əli ilə Tehranda terror edilməsi pisləyib və kollektiv bəyanat yayıblar.

İnsan haqları üzrə 12 xüsusi məruzəçinin imzaladığı bu bəyanatda Yaxın Şərqdə zorakılığın artması ilə bağlı narahatlıq ifadə olunub və HƏMAS-ın siyasi lideri, Fələstin Özünü İdarə Etmə Təşkilatının keçmiş baş naziri İsmayıl Həniyyənin İranda şəhid edilməsi pislənib. 

Bu xüsusi insan haqları məruzəçiləri sionist rejimin Livanda Fuad Şükür və Tehranda İsmayıl Həniyyə kimi şəxsiyyətləri terror etmək hərəkətini məhkəməsiz adam öldürmə və qətl cinayətinə bərabər hesab ediblər və insanların yaşamaq hüququnu, o cümlədən öz sərhədlərindən kənarda hərbi əməliyyatlar yolu ilə pozmaq cinayətinin törədilməsinin bütün hökumətlər üçün qadağan edildiyini xatırladaraq, bunu BMT Nizamnaməsinin II maddəsinin 4-cü bəndinin pozulması kimi qiymətləndiriblər. 

Bu məruzəçilərin fikrincə, məhkəməsiz və qeyri-qanuni qətllər sülhlə bağlı proseslərə zərər verməklə yanaşı, çoxtərəfliliyi zəiflədir və sülhün əldə olunmasında və mövcud böhranlara beynəlxalq hüquqa əsaslanan diplomatik həll yollarının tapılmasında BMT-nin roluna ziyan vurur. 

Qeyd edək ki, bundan əvvəl İran İslam Respublikasının BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni BMT-nin insan hüquqları üzrə rəsmilərinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə, BMT-nin məhkəmədənkənar və ya özbaşına edamlar üzrə xüsusi məruzəçisi Morris Tidball Binzə və BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanizə məktublar göndərərək, İran İslam Respublikasının sionist rejimin qeyri-insani hərəkətləri və siyasətlərinə, xüsusilə də Fələstinin siyasi lideri İsmayıl Həniyyəni terror etməsinə kəskin etirazını bildirib və onları bu cinayətləri pisləməyə və sənədləşdirməyə çağırıb.