Sen 28, 2024 15:35 Asia/Baku
  • Borrell:”İsrailin dayandırıla bilinməməsindən təəssüflənirəm”

Avropa İttifaqının xarici siyasət komissarı Cozep Borrell ölkələrin İsrailin Livan və Fələstinə hücumlarını dayandıra bilməməsindən təəssüfləndiyini deyib.

O bu haqda Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib

 “Bizim işimiz atəşkəsə nail olmaq üçün diplomatik təzyiq göstərməkdir. Amma deyəsən, heç kim Netanyahunu nə Qəzzədə, nə də İordan vadisində dayandıra bilməyəcək”-deyə Borrell əlavə edib.

O, Amerika və Fransanın Livan və İsrail rejimi arasında 21 günlük atəşkəs planını da dəstəkləyib.

Borell Amerikanın Qəzzədə atəşkəs razılaşması üçün bir neçə aydır  göstərdiyi cəhdə də işarə edərək deyib ki, biz yalnız Amerikaya arxalana bilmərik.

 

Teqlər