Okt 08, 2024 16:32 Asia/Baku
  • ABŞ-ın sabiq dövlət katibi İranın raket gücünü etiraf edib

Amerikanın sabiq dövlət katibi Mayk Pompeo İranın raket gücünü etiraf edib. Bildirib ki, İran raketlərinin çox sayda olması, o deməkdir ki, bu ölkə 2500 dəfə sionist İsrail rejimini məhv edə bilər.

Mayk Pompeo «X» platformasındakı şəxsi hesabında belə qeyd edib: İranın yarım milyon ballistik raketi var, yəni o, özünün son əməliyyatını təkrar edə və İsraili  2500 dəfə məhv edə bilər.

Belə bir halda, İsrail rejiminin hava hücumundan müdafiə sisteminin sabiq komandanı, ehtiyatda olan briqada generalı Ran Koxaf sionist «Vala» qəzeti ilə müsahibədə deyibdir ki, İranla yorucu müharibəyə daxil olmaq İsrailin xeyrinə deyil.

İran uzaqmənzilli böyük raket sisteminə malikdir- deyən İsrail rejiminin hava hücumundan müdafiə sisteminin sabiq komandanı etiraf edibdir ki, İsrailin  hava hücumundan müdafiə sisteminin işə yaramasına rəğmən, bu sistem nöqsanlara malikdir və mükəmməl deyildir.

Şəhid mübariz döyüşçü doktor İsmayıl Həniyyənin sionist rejim tərəfindən terror edilməsi zamanı İran İslam Respublikasının suverenliyinin pozulması qarşısındakı bir təmkinlilik dövründən sonra və BMT Nizamnaməsinə əsasən, ölkənin özünü qanuni müdafiə sahəsindəki hüququna uyğun olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun raketləri oktyabrın biri axşamçağı «Doğru Vəd-2» əməliyyatında mübarək «Ya, Rəsulallah!» rəmzi ilə sionist rejimin təhlükəsizlik və kəşfiyyat hədəflərini nişan aldılar. Atışların doxsan faizi uğurla hədəflərə çatdı və sionist rejim İran İslam Respublikasının kəşfiyyat və əməliyyat bacarığından dəhşətə gəldi.