Okt 20, 2024 14:56 Asia/Baku
  • Çin Xalq Respublikasının sədri Si Cinpin ordunu müharibəyə hazır olmağa çağırıb.

Çinin rəhbəri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) raket qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.

Çin liderinin çıxışı CCTV telekanalının efirində yayımlanıb.

Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı döyüş hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.

ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.

Çin muxtar formada idarə olunan Tayvan adasını öz ərazilərinin ayrılmaz hissəsi hesab edir və bu adanı geri almaq üçün lazım gələrsə hərbi yoldan istifadə edəcəyini də istisna etmir.

Ötən həftə Çin ordusu geniş miqyaslı hərbi təlimlər keçirərək Tayvanın hərbi mühasirəyə alınmasını məşq etdi.