Okt 22, 2024 18:32 Asia/Baku
  • İşğal olunmuş ərazilərdən İrana casusluq iddiası

Sionist rejimin casusluq xidməti iddia edib ki, sionist rejimin hərbi qüvvələrinin bazaları və enerji infrastrukturu haqqında kəşfiyyat məlumatları toplayaraq İrana ötürnən yeddi sakin saxlayıb.

İddiaya görə həbs olunan şübhəlilər iki il ərzində İran üçün casusluq edərək Qəzza sektorundakı müharibənin başlanğıcından casus fəaliyyətində iştirak ediblər.

Qəsbkar rejim bunu “İsrailin təhlükəsizlik tarixində ən ciddi pozuntulardan biri” kimi dəyərləndirir. Rejimin açıqlamalarında qeyd olunur ki, işğal olunmuş Fələstin ərazilərinin şimal bölgələri və Hayfada yaşayan yeddi sakin İran agentləri üçün müxtəlif tapşırıqları yerinə yetiriblər.

Sionist rejim mediası qeyd edir ki, şübhəlilərin bəziləri yəhudi mənşəlidir, digərləri isə İsrailin Qayıdış Qanunu ilə vətəndaşlıq alıblar. Saxlanılanların Azərbaycan əsilli olduğu bildirilib.

İddiaya görə şübhəlilər iki ildən çoxdur İran xüsusi xidmət orqanlarının iki agentinin rəhbərliyi altında müxtəlif tapşırıqlar həyata keçiriblər. Şəbəkənin üzvləri işğal olunmuş ərazilərin müxtəlif yerlərində hərbi bazalarda, xüsusən də Hərbi Hava və Dəniz Qüvvələri bazalarında, limanlarda, “Dəmir Qübbə” sistemlərinin yerləşdiyi ərazilərdə və enerji infrastrukturlarında, o cümlədən Hadera elektrik stansiyasında məlumat toplayıblar. Onlar tərəfindən çəkilən hərbi infrastruktura aid obyektlər daha sonra 1 oktyabrda işğal olunmuş ərazilərə endirilən İran ballistik raket zərbələrinin hədəfinə çevrilib.

Araşdırmalar həmçinin göstərib ki, şübhəlilər yüksək vəzifəli İsrail rəsmiləri barədə də məlumat toplayıblar.

Qeyd olunur ki, “şübhəlilərin fəaliyyətinə müxtəlif obyektləri fotoşəkillərlə sənədləşdirmək və onları müasir texniki avadanlıqlardan istifadə edərək İran agentlərinə ötürmək daxildir. Həmin avadanlıqlar öncədən İran agentlərinin təlimatları əsasında əldə olunub.”

“Kriptovalyuta ilə ödənişlər işğal olunmuş ərazilərdəki valyuta məntəqələrindən edilib, nağd pullar isə Rusiya vətəndaşları tərəfindən İsrailə gətirilib”, iddiada bildirilir.