Pentaqon rəsmisi Qırmızı Dənizdən uzaqlaşmağı tövsiyə edib
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli hərbi rəsmisi bu ölkənin Qırmızı Dənizdə Yəmən silahlı qüvvələrinə qarşı uğursuzluğunu etiraf edib.
Müdafiə nazirinin müavini və ABŞ-ın silah satışı üzrə yüksək rütbəli rəsmisi Bill LaPlante deyib: “Yəmən ordusunun hərəkətləri heyrətamizdir və Amerika hərbçiləri Qırmızı Dənizdən uzaq durmalıdırlar”.
Onun sözlərinə görə, Yəmən hazırda ballistik raketlər yaratmaq texnologiyasına malikdir ki, bu texnologiya dünyada yalnız inkişaf etmiş ölkələrdədir.
Pentaqon rəsmisi Vaşinqtonda keçirilən “Müdafiənin gələcəyi” sammitində çıxışı zamanı həmçinin Yəmən ordusunun yüksək hərbi qüdrətinə işarə edərək əlavə edib ki, Yəmən silahlı qüvvələri heyrətamiz işlər görə bilən daha təkmil silahlardan, o cümlədən raketlərdən istifadə edir.
O, sonda deyib: “Əgər ballistik raket Amerika hərbi gəmisinə dəysə, bu, bizim üçün çox pis gün olacaq, ona görə də biz Qırmızı Dənizdən uzaqlaşmalıyıq”.