Ermənistan Qərblə hərbi ittifaq qurmağı düşünürmü?
Ordunun Baş Qəragah rəisi Münhendə mənalı görüşlər keçirib - AKTUAL
Ermənistan ordusunun Baş Qərargah rəisi Münhendə ABŞ, Almaniya, NATO və digər tərəfdaşlarla görüşlər keçirib.
Bu məlumata əsasən, Ermənistanın yüksək rütbəli hərbi rəsmisi fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikası Federal Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Karsten Breuer-in dəvəti ilə dəyirmi masa müzakirəsində iştirak edib.
General-leytenant Edvard Asryan həmçinin ABŞ, Almaniya, İsveç, Finlandiya və Argentinadan olan həmkarları, habelə NATO Hərbi Komitəsinin sədri ilə qeyri-rəsmi müzakirələr aparıb.
Qeyd edək ki, baş nair Nikol Paşinyan və Edvard Asryan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak ediblər.
Bu arada Paşinyan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə görüşdə regional hadisələr və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.
Baş nazirin ofisinin mətbuata açıqlamasında bildirilir ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlər həmin görüşdə müzakirə edilib.
Ermənistan rəsmilərinin KTMT ilə əməkdaşlığın dayandırılması fonunda Qərb hərbi dairələri ilə belə təmasların intensiv hal alması Rusiya tərəfini qəzəbləndirir.
Bir müddət əvvəl Ermənistan ordusunun Baş Qərargah rəisi və ardınca ölkənin müdafiə naziri Vaşinqtonda səfərdə olmuşdular və Bayden hökumətinin sonlarında ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlığa dair saziş imzalanmışdır. Bəzi şərhçilər bunu Ermənistanın Rusiya orbitindən çıxarılması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirir.