Paris əhalisi Fransanın AB-dən və NATO-dan çıxmasını tələb edib
https://azeri.sahartv.ir/news/dünya-i418661-paris_əhalisi_fransanın_ab_dən_və_nato_dan_çıxmasını_tələb_edib
Fransa xalqından yüzlərlə nəfər Parisdə yürüş keçirib. Yürüş iştirakçıları Fransanın Avropa Birliyindən və Şimali Atlantika Müqaviləsi- NATO-dan çıxmasını tələb ediblər.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Fev 23, 2025 10:20 Asia/Baku
  • Paris əhalisi Fransanın AB-dən və NATO-dan çıxmasını tələb edib

Fransa xalqından yüzlərlə nəfər Parisdə yürüş keçirib. Yürüş iştirakçıları Fransanın Avropa Birliyindən və Şimali Atlantika Müqaviləsi- NATO-dan çıxmasını tələb ediblər.

Əllərində/ üzərlərində «Avropa, yetər!», «NATO-nu dayandırın!», «Sülh naminə!» və digər oxşar şüarlar yazılmış plakatlar tutan insanlar yürüşdə iştirak ediblər.

«Makron-istefa» şüarı da verən yürüş iştirakçıları/ Fransa prezidenti Emmanuel Makronun istefa verməsini tələb ediblər.

Fransanın Avropa Birliyindən çıxması- Friqzit, İngiltərənin 2020-ci ilin yanvarında Avropa Birliyindən çıxması- Brekzit-in Fransa variantı olan siyasi bir ideyadır.