Lukaşenko:
Ukrayna münaqişəsi Kiyevin müzakirələrdə iştirakı olmadan həll olmayacaq
Belarus prezidenti deyibdir ki, Ukrayna münaqişəsi Kiyev rəsmilərinin sülh müzakirələrində iştirakları olmadan həll olmayacaq.
Aleksandr Lukaşenko dünən bildiribdir ki, Rusiya prezidenti Vladimir Putin son zamanlar onunla etdiyi söhbətdə Ukraynanın sülh müzakirələrində iştirakına hazır olduğunu deyib.
Putin dedi ki, ukraynalılar və Ukrayna prezidenti Vladimir Zelenski Ərəbistanın Ərriyad şəhərində keçirilən son danışıqlara dəvət olunmamalarından narazı idilər- deyən Lukaşenko qeyd edibdir ki: Həmin danışıqlarda Ukraynaya o qədər də işarə olunmadı. Buna görə də, Ukrayanın dəvət olunmasına ehtiyac yox idi. Ukrayna məsələləri barədə söhbətin zamanı gəlib çatarkən heç kəs onların iştirakı olmadan bu problemləri həll edə bilməz.
Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp, fevralın on ikisi gecə, bir telefon əlaqəsində görüş keçirmək barədə razılaşdılar.
Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi də fevralın on beşində bir telefon əlaqəsində ikitərəfli məsələlər, həmçinin Ukrayna və Fələstin münaqişələrinin həll edilməsi üzrə əməkdaşlığa təkid etdilər.