UNESCO milli media işçilərinə qarşı terroru pisləyib
YUNESKO(UNESCO)-nun baş direktoru İran İslam Respublikasının TeleRadio Təşkilatı işçilərinin sionist rejim hərbçiləri tərəfindən terror olunmalarını pisləyib.
YUNESKO-nun baş direktoru cari il iyunun on altısında sionist rejimin İran İslam Respublikasının TeleRadio Təşkilatının Şüşəli Binasına qarşı hücumunda Nima Rəcəbpur və Məsumə Əziminin terror edilmələrini pisləyib.
YUNESKO katibliyinin mətnində qeyd olunur ki, xanım Odri Azulay bu barədə sürətli və tam bir təhqiqatın aparılmasını istəyib.
YUNESKO-nun baş direktoru vurğulayıb: Media infrastrukturları beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, mülki hədəflər kimi qorunub saxlanılmalıdırlar.
Xanım Azulay silahlı qarşıdurmalar zamanı media işçilərinin qorunmaları barədə BMT Təhlükəsizlik Şurasının iki min iki yüz iyirmi iki saylı qətnaməsinin maddələrinə riayətə təkid edib