İyul 19, 2025 12:47 Asia/Baku
  • Bu soyqırımdır; sübutlar göz qabağındadır

Dünya şöhrətli yəhudi tarixçi sionist İsrailin Qəzzədəki müharibəsini soyqırım adlandırıb.

Tanınmış israilli tarixçi və Braun Universitetinin professoru, Holokost və soyqırımlar üzrə dünyanın aparıcı eksperti Ömər Bartov xunta İsrail rejiminin vəhşiliklərinə toxunaraq, “The New York Times” qəzetinə yazdığı məqalədə mühasirəyə alınmış eksklavda 21 aylıq müharibədə İsrailin hərəkətlərini diqqətlə təhlil etdikdən sonra bu “ağrılı nəticəyə” gəldiyini söyləyib.

O deyib: "Mən sionist ailəsində böyümüşəm, İsraildə yaşamışam, orduda xidmət etmişəm və dörddə bir əsrdir ki, soyqırımlar haqqında dərs deyirəm. Soyqırımı görəndə bilirəm".

“Soyqırımın anatomiyası” kitabının müəllifi Bartov vurğulayıb ki, onun gəldiyi nəticə İsrail rəsmilərinin aydın niyyətlərinə və yerlərdəki hərəkətlərinə əsaslanır.

Onun sözlərinə görə, təkcə yaşayış evlərinin deyil, həm də infrastrukturun - xəstəxanaların, məktəblərin, universitetlərin, məscidlərin, sutəmizləyici qurğuların və kənd təsərrüfatı torpaqlarının dağıdılması Zolaqda fələstinlilərin həyatının canlanması üçün şəraitin məhv edilməsinə yönəlmiş siyasətdən xəbər verir.Bartov əlavə edib:

“Fələstinlilərin soyqırımı niyyəti bir çox rəsmilər tərəfindən açıq şəkildə ifadə edilib və artıq 2024-cü ilin mayına qədər Qəzzənin sistematik şəkildə məhv edilməsindən də aydın görünür”.