Moskvanın Trampın BRİKS ilə bağlı son təhdid və iddialarına reaksiyası
Rusiya xarici işlər nazirinin müavini ABŞ prezidentinin BRİKS qrupuna qarşı təhdidlərinə münasibət bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidentinin BRİKS qrupuna və onun ticarət tərəfdaşlarına qarşı de-dollarizasiyaya çalışalacaqlaqraı təqdirdə 10 faizlik tariflər tətbiq etmək hədəsinə cavab olaraq, deyib: "Bu regional koalisiyada heç kim dolları əvəz etməyə çalışmır. Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, biz son bir neçə ildə elə bir vəziyyətə düşmüşük ki, sanksiyalara görə bir çox ödənişlər üçün dillardan istifadə edə bilmirik".
Sergey Ryabkov əlavə edib: "Bizim üçün zəruri variant xarici mənfi təsirlərə kifayət qədər davamlı və xarici hadisələr, misal üçün sanksiyalar qarşısında immunitetli mexanizmlər formasında alternativlər axtarmaqdır. Hesablaşmalar üçün milli valyutalardan istifadə variantı bizim BRICS-də tutduğumuz yoldur və hazırda Rusiya BRİKS tərəfdaşları ilə bütün ödənişlərin 90%-dən çoxunu milli valyuta ilə həyata keçirir".
Bundan əvvəl 10 faizlik tariflər tətbiq edəcəyi ilə hədələyən Tramp sosial şəbəkələrdəki paylaşımında iddia edib ki, onun təhdidindən sonra BRİKS adlı kiçik qrup sürətlə məhv olmaqdadır".
BRİKS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika bu qrupa qoşulub. Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya 1 yanvar 2024-cü ildə ittifaqın tamhüquqlu üzvü oldular. 6 yanvar 2025-ci ildə isə İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub.