Albaneze sionist rejim hamilərinə:
Gecələr necə rahat yata bilirsiz?!
Hər gün aclıqdan onlarla fələstinli uşağın həyatını itirməsinə işarə edən BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi sionist rejim hamilərinə xitabən yazıb: Gecələr necə rahat yata bilirsiz?!
Françeska Paola Albaneze “X” platformasında yerləşdirdiyi mesajda dəriləri sümüklərinə yapışmış Qəzzənin ac uşaqlarının görüntülərini yayıb və belə vurğulayıb: İndiyədək heç bir şey bu həddə ürəyimi ağrıtmayıb.
Sionist rejimin Qəzzə qadınları və uşaqlarına qidanın çatmasını əngəlləməsinə işarə edən Albaneze söyləyib: Bizim seyrçi gözlərimiz qarşısında Qəzzə uşaqları solmuş bir çiçəyin ləçəkləri kimi bir-birilərinin ardınca yerə düşüb, ölürlər.
Albaneze dünyadakı prezidentlərə, xarici işlər nazirlərinə, siyasil liderlərə, diplomatlara və insan hüquqları fəallarına xitabən soruşub: İsrailin aclıqdan/ hərbi silah kimi istifadə etməsini dayandırmaq üçün heç bir iş görmədiyiniz halda, gecələr necə rahat yata bilirsiz?!
BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi sionist rejimin Qəzzədə törətdiyi soyqırıma laqeydliyi, dünya ictimaiyyətinin bu cinayət qarşısındakı fəaliyyətsizliyinin bariz nümunəsi adlandırıb