Ərəbistan:
Makronun Fələstini rəsmən tanımaq üzrə mövqeyi tarixi bir qərardır
Ərəbistan xarici işlər nazirliyi Fransa prezidenti Emmanuel Makronun müstəqil Fələstin ölkəsini rəsmən tanımaq üzrə qərarını alqışlayıb və onu, tarixi qərar adlandırıb.
Səudiyyə dövləti digər ölkələri də Fələstin böhranının həlli kimi Makron hökumətinin addımına oxşar addımlar atmağa çağırıb.
Fransa prezidenti Emmanuel Makron dünən gecə dedi ki, rəsmi Paris Fələstin ölkəsini rəsmən tanıyacaq və bu qərarı BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında rəsmən elan edəcək.
Makron “X” platformasında yazıb ki, sülh mümkündür və Paris bu qərarı Yaxın Şərqdə stabil və ədalətli sülhə olan öz tarixi öhdəliyinə görə qəbul edib.
Qəzzədə təcili atəşkəsin bərqərarı, bütün sionist əsirlərin azad olunmaları və Qəzzə əhalisinə geniş miqyasda humanitar yardımların göndərilməsinin vacibliyini vurğulayan Makron, Həmas-ın tərkisilah olunmasını da istəyib.
Fransa prezidenti bundan qabaq demişdi ki, bir Fələstin ölkəsinin mövcud olması, təkcə əxlaqi öhdəlik deyil, həm də hazırkı şəraitdə siyasi bir zərurətdir.