İyul 26, 2025 16:43 Asia/Baku
  • İtaliya Qəzzədə aclığa və qırğınlara son qoymağa çağırıb

İtaliyanın xarici işlər naziri Antonio Tacani verdiyi açıqlamada sionist rejimin cinayətlərini qınayaraq, Qəzzə zolağında aclığa və qırğınlara son qoymağa çağırıb.

Antonio Tacani "Forza İtaliya" partiyasının milli şurasının iclasında çıxışı zamanı Romanın sülhdə maraqlı olduğunu bildirib və deyib: "İtaliya iki dövlətli həllin tərəfdarıdır".

O, həmçinin İsrail rejiminin Qəzzəyə hücumlarını və rejimin humanitar yardımların bölgəyə girişinə tətbiq etdiyi məhdudiyyətləri pisləyib və əlavə edib: "İtaliya Qəzzədən ən çox qaçqını qəbul edən ölkələrdən biridir, lakin indi Qəzzədə dərhal atəşkəsin və bu vəziyyətə son qoyulmasının vaxtıdır". 

Fransa prezidenti Emmanuel Makron da cümə axşamı gecəsi bildirib ki, Paris Fələstin dövlətini tanıyacaq və qərarı sentyabrda BMT Baş Assambleyasında rəsmən elan edəcək.