UNRWA:
Gündəlik olaraq, yardım daşıyan 500-600 yük maşınına ehtiyac duyuruq
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi- UNRWA, Qəzzə zolağındakı insan durumunun ağırlığı barədə xəbərdarlıq edib. Bildirib ki: Gündəlik olaraq, yardım daşıyan 500-600 yük maşınına ehtiyac duyuruq.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi öz bəyanatında belə qeyd edib: Biz insan böhranına cavab verəcək ilkin ehtiyacları daşıyan 500-600 yük maşınının daxil olmasına ehtiyac duyuruq.
Bu orqan əlavə edib: Hazırda İordaniya və Misirdə yaşıl işığın verilməsini gözləyən ərzaq və dərman yüklənmiş minlərlə yük maşınının girişinə icazə veriləcəyinə ümid edirik.
UNRWA həmçinin vurğulayıb: Bütün keçidilərin açılması və humanitar yardımların girişi, Qəzzə sakinləri arasında qıtlığın daha geniş miqyas almasının qarşısının alınmasının yeganə yoludur.
Təşkilat xəbərdarlıq edibdir ki, Qəzzə şəhərindəki hər beş uşaqdan biri, pis qidalanmadan əziyyət çəkir.
Aclıq nəticəsində həyatlarını itirənlərin sayının artmasından xəbər verən bu beynəlxalq orqan belə qeyd edib: Əldə etdiyimiz məlumatlar göstərir ki, bu gün də aclıq nəticəsində daha çox uşaq həyatını itirib və qıtlıq qurbanlarının ümumi sayı yüz min nəfəri ötüb keçibdir.
UNRWA sonda, bir daha atəşkəsin bərqərar edilməsini istəyib. Vurğulayıb ki: Əsas yardımların ardıcıl cərəyanını təmin edəcək və ac əhaliyə arxayınlıq verəcək razılaşma çərçivəsində müharibənin uzun müddət dayandırılması üzrə tələbimizi təkrar edirik.