İyul 31, 2025 10:48 Asia/Baku
  • Sözlərinə diqqət et!

ABŞ prezidenti Rusiya milli təhlükəsizlik şurasının sədr müavininin sözlərinə reaksiyada ona xəbərdarlıq edib ki, sözlərinə diqqət etsin.

ABŞ prezidenti Donald Tramp bu barədə "Truth Social" şəbəkəsindəki səhifəsində paylaşım edib və belə yazıb: Hindistanın Rusiyaya nə etdiyi məni maraqlandırmır. Onlar öz ölü iqtisadiyyatlarını birlikdə məhv edə bilərlər. Mənim heç vecimə deyil. Biz Hindistanla çox az ticarət edirdik. Onların tarifləri çox yüksəkdir; dünyada ən yüksək tariflərdəndir.

Tramp həmçinin Rusiya milli təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedevi hədəfə alıb və belə qeyd edib: Beləliklə, Rusiya və Birləşmiş Ştatlar bir-biriləri ilə təqribən heç bir ticarət aparmırlar. Gəlin, elə belə də davam edək. Və hələ də özünü prezident zənn edən Rusiyanın uğursuz sabiq prezidenti Medvedevə deyək ki, sözlərinə diqqət etsin. O, çox təhlükəli bir əraziyə daxil olur!