Avq 02, 2025 12:31 Asia/Baku
  • Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığına göndərilməsini əmr edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamalarına cavab olaraq, mümkün təhdidlərə qarşı durmaq üçün iki atom sualtı qayığını Rusiyaya yaxın bölgələrə yerləşdirmək barədə əmr verib.

ABŞ prezidenti Donald Tramp yerli vaxtla cümə günü "Truth Social" platformasında yazıb: "Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan ölkənin keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatları ilə əlaqədar mən iki atom sualtı qayığının müvafiq ərazilərə göndərilməsini əmr etdim. Bu ehtiyat tədbiridir, çünki axmaq və qızışdırıcı bəyanatların arxasında başqa nəsə ola bilər. Sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər, ümid edirəm ki, bu, o hallardan biri olmayacaq".

Xatırladaq ki, Tramp bundan öncə Rusiyaya Ukrayna ilə atəşkəsə razılıq verməsi üçün 50 günlük müddət müəyyən etmişdi, razılaşma əldə olunmayacağı təqdirdə tariflərlə hədələmişdi. Sonra onu 10 və ya 15 günə qədər azaltığını bildirdi. 

Medvedev isə Trampın ultimatumunu ələ salıb. O, bir mesajda yazıb: "“Əgər Rusiyanın keçmiş prezidentinin bir neçə kəlməsi ABŞ-ın dırnaqarası qüdrətli prezidentində belə əsəbi reaksiyaya səbəb ola bilirsə, o zaman Rusiya hər şeydə haqlıdır və öz yolu ilə getməyə davam edəcək".