İsrailli yazıçıdan şok açıqlama:
“Qəzzədə baş verənlər soyqırımdır”
İsrailli yazıçı və solçu fəal Qəzzə zolağında baş verənləri və əliqanlı Netanyahu rejiminin törətdiyi vəhşilikləri soyqırım kimi xarakterizə edib.
David Qrossman İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Qəzzə zolağındakı yaranmış vəziyyəti “soyqırım” olaraq təsvir edərək deyib: “Bu ifadəni dilə gətirərkən ürəyim parçalanır, amma bunu deməkdən başqa yolum qalmadı”.
Qrossman vurğulayıb ki, illər boyu bu termindən istifadə etməməyə çalışıb. Lakin canlı şahid ifadələri, mediada yayılan görüntülər və Qəzzədə kişilərlə qadınlar, uşaqlar arasında baş verən fövqəladə faciələri dinlədikdən sonra artıq bu qərarsızlıq dövrünün sona çatdığını söyləyib.
O, həmçinin əlavə edib: “Genosid sözünün seçimi mənim üçün çox çətin idi, amma indi onu istifadə etməyim zəruridir. Bu ifadə, insanlıq dramına qarşı duyduğum vicdanlı etirazın təntənəsidir”.
O, vəziyyətin “insanlıq əleyhinə cinayət və kütləvi məhv” səviyyəsində olduğunu söyləyib.
Bu açıqlama İtaliyada, siyasətçilər və ictimaiyyət arasında geniş rezonans doğurub. Məsələn, İtaliya müxalifətində bu bəyanat “dönüş nöqtəsi” kimi qiymətləndirilib; bəzi siyasətçilər isə “kütləvi qırğını dayandırın” çağırışı səsləndiriblər. Eyni zamanda intelektual dairələr bu sözləri dərin mənəvi və əxlaqi çağırış kimi qəbul edirlər.