Ukrayna ordusu bir gündə 1300 itki verib;
Rusiya irəliləməkdə davam edir
Avq 10, 2025 09:35 Asia/Baku
Rusiya silahlı qüvvələri Ukraynada hərbi əməliyyatlarının davamında Donetsk Xalq Respublikasında daha bir ərazini ələ keçirməyə müvəffəq olublar. Ukrayna ordusu da bir gündə 1300-dən çox itki verdiyini açıqlayıb.
Rusiya silahlı qüvvələri hər gün Ukrayna qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirirlər. Məlumatlara görə, bu gün Rusiya qüvvələri Donetsk Xalq Respublikasının "Yablonka" bölgəsinə nəzarəti ələ keçiriblər.
Yayılan statistikalara əsasən, Rusiya ilə döyüşlərdə hər gün orta hesabla 1000 Ukrayna əsgəri həyatını itirir. Bununla bağlı TASS xəbər agentliyi bu gün yaydığı hesabatda son 24 saat ərzində müharibənin getdiyi bölgələrdə 1359 Ukrayna hərbçisinin öldürüldüyünü açıqlayıb.