Yunanıstanda minlərlə nəfər Qəzzədəki soyqırıma etiraz edib
Yunanıstan dünən ölkə boyu sionist İsrail rejiminin Qəzzədə ardıcıl şəkildə törətdiyi soyqırım əleyhinə geniş xalq etirazının şahidi olub.
Yunanıstandakı fələstinli icması, Qəzzəyə doğru ümumdünya yürüş təşəbbüsü, həmçinin boykot, sanksiya və anti-investisiya hərəkatının yunan qollarının birgə çağırışından sonra etirazçılar bu ölkənin şimalı və qərbində yerləşən Tsaloniki və Patras liman şəhərləri, paytaxt Afina şəhəri, bu şəhərin mərkəzindən on iki kilometr məsafədə, dəniz sahilində yerləşən Pirey liman şəhəri və Yunanıstan adaları da daxil olmaqla yüzdən çox məkanda aksiya keçiriblər.
Əllərində/ sionist rejimin Qəzzədəki soyqırım və müharibə siyasətlərinin pislənilməsi və Fələstinə dəstəkdən xəbər verən Fələstin banner və bayraqlarını tutan etirazçılar «Müqavimət uğrunda qələbə!», «Fələstin uğrunda azadlıq!» və «Fələstində soyqırıma son!» kimi şüarlar veriblər.